Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

-

ABŞ-ın keçmiş prezidenti George W. Bush-un qardaşı Jeb Bush mayın 14-də deyib ki, İraq müharibəsini başlatmazdı.

“İndi bildiyimizi bildiyimdən, bu işə girişməzdim, mən İraqa girməzdim,” Bush bunu Arizonada kampaniya zamanı söyləyib. O, 2016-cı il prezident seçkisində Respublikaçıların namizədi olmağa əsas iddialıdır.

Bush-un rəqiblərindən çoxu İraq müharibəsinə tərəfdar olmadığını deyib. Baxmayaraq ki, çoxları 2003-cü ildə Prezident Bush—un İraqı işğalını dəstəkləmiş, İraqın kütləvi qırğın silahı olduğunu iddia etmişdi. Ancaq bu silahlar tapılmadı.

İraq müharibəsində 4 min 400 ABŞ əsgəri həlak olub, minlərlə yaralı qeydə alınıb. Müharibə azı 1.7 trilyon dollara başa gəlib.

“Qardaşımın səhv etdiyini demək istəmirəm. Bu, baş verməyəcək. Mən ailəmi çox sevirəm,” Bush deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG