Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:48

Obama Körfəz müttəfiqləri ilə İrana qarşı durmağa söz verir


Camp Daviddə görüş

Camp Daviddə görüş

-

ABŞ prezidenti Barack Obama mayın 14-də vəd edib ki, Fars Körfəzi müttəfiqlərinin yanında olacaq, onları xarici hücumlardan qoruyacaq və İranın regionda “sabitsizlik yaratma fəaliyyətinə” qarşı onlara kömək edəcək.

Obama mayın 14-də Camp David prezident iqamətgahında Fars Əməkdaşlıq Şurasının altı ərəb dövlətinin təmsilçiləri ilə görüşüb. O, İranın Suriya, Yəmən və başqa yerlərdə artan nüfuzu və müharibələrdə iştirakına dair Körfəzin narahatlığını dağıtmaq üçün güclü terminologiyadan istifadə edib. “Körfəz tərəfdaşlarımızın təhlükəsizliyinə dəmir sədaqətimizi bir daha təsdiqləyirəm,” Obama mətbuat konfransında deyib. Bir məqamı vurğulayım ki, Birləşmiş Ştatlar öhdəliklərinə sadiqdir.

Obama Körfəz liderlərini bir daha əmin edib ki, İranın dünya gücləri ilə əldə edəcəyi istənilən nüvə sazişi regiona təhlükə yaratmayacaq, əksinə fayda verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG