Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:31

-

Məşhur aktrisa Natalie Portman yeni bədii filmdə ABŞ-ın keşmiş birinci ledisi Jacqueline Kennedy-ni canlandıracaq.

Film Jacqueline-in həyatının 4 günündən bəhs edəcək - əri, ABŞ prezidenti John F. Kennedy qətlə yetiriləndən sonrakı günlərdən.

"Jackie" adlanacaq filmin prodüseri Darren Aronofsky olacaq.

O şəxs ki, Portmana "Oskar" qazandırmış "Qara qu quşu" filminə də prodüserlik edib.

Layihəyə bu ilin sonunda start veriləcək.

Bu arada Portman çəkdiyi “Sevgi və qaranlıq hekayəti” filmi ilə Cannes Festivalında debüt edir.

Film məşhur İsrail yazıçısı Amos Ozun eyniadlı avtobioqrafik romanı əsasında çəkilib.

John F. Kennedy və xanımı Jacqueline, prezidentə sui-qəsddən az əvvəl. Dallas, 22 noyabr, 1963

John F. Kennedy və xanımı Jacqueline, prezidentə sui-qəsddən az əvvəl. Dallas, 22 noyabr, 1963

Günün bütün mövzuları

XS
SM
MD
LG