Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:13

ABŞ-da Nümayəndələr Palatası Konqresə Vaşinqtonla İran arasında bağlanmış hər hansı sazişi müzakirə etmək və lazım gələrsə, rədd etmək imkanı verən qanunverilicilik aktını böyük səs çoxluğu ilə qəbul edib.

400 leyhinə, 25 əleyhinə nisbətilə qəbul edilmiş qanun imzalanmaq üçün Ağ Evə göndərilib. Administrasiya bəyan edib ki, Barack Obama bu qanunu imzalayacaq.

2015-ci il tarixli İran Nüvə Qanunu (The Iran Nuclear Review Act of 2015) Senatdan ötən həftə keçmişdi.

Millət vəkilləri bundan əvvəl layihəyə bir sıra dəyişikliklər etdikdən sonra Obama qanuna veto qoymamaq qərarına gəlib.

Qanun Konqresə İranla imzalanacaq yekun sazişinə baxmaq üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində Barack Obama İrana qarşı heç bir sanksiyanı qaldıra bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG