Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

İraq Daxili İşlər Nazirliyi aprel ayında Baghdadi-nin koalisiyanın raket zərbəsindən ağır yaralandığını bildirmişdi.

İslam Dövləti adlanan təşkilat öz lideri Abu Bakr al-Baghdadi-yə məxsus olduğu iddia edilən səs mesajı yayıb. Bu, aylardan bəri İD liderinin ilk belə mesajıdır.

O bu müraciətdə müsəlmanları silaha sarılmağa və Suriya, İraq ərazilərində elan edilmiş “Xilafət”ə mühacirət etməyə çağırıb.

Səs təhlilçiləri mesajın Baghdadi-yə məxsus olduğunu bildiriblər, lakin bu, rəsmən təsdiq edilməyib.

Baghdadi-dən ABŞ-ın komandanlığı altında koaliysiyanın hava zərbələrindən bu yana xəbər yox idi.

Audiomesaj qrupun əl-Furqan media qolu tərəfindən bir neçə internet saytında yayılıb.

Mesajda həmçinin Səudiyyənin bu yaxınlarda Yəməndə keçirdiyi hava reydlərindən də söz açılır və Səud ailəsi lənətlənir.

Lakin ötən il də onun yaralandığı barədə xəbərlər doğrulmamışdı.İD lideri al-Baghdadi-dən nəhayət ki, səs çıxdı

İslam Dövləti adlanan təşkilat öz lideri Abu Bakr al-Baghdadi-yə məxsus olduğu iddia edilən səs mesajı yayıb. Bu, aylardan bəri İD liderinin ilk belə mesajıdır.

O bu müraciətdə müsəlmanları silaha sarılmağa və Suriya, İraq ərazilərində elan edilmiş “Xilafət”ə mühacirət etməyə çağırıb.

Səs təhlilçiləri mesajın Baghdadi-yə məxsus olduğunu bildiriblər, lakin bu, rəsmən təsdiq edilməyib.

Baghdadi-dən ABŞ-ın komandanlığı altında koaliysiyanın hava zərbələrindən bu yana xəbər yox idi.

Audiomesaj qrupun əl-Furqan media qolu tərəfindən bir neçə internet saytında yayılıb.

Mesajda həmçinin Səudiyyənin bu yaxınlarda Yəməndə keçirdiyi hava reydlərindən də söz açılır və Səud ailəsi lənətlənir.

İraq Daxili İşlər Nazirliyi aprel ayında Baghdadi-nin koalisiyanın raket zərbəsindən ağır yaralandığını bildirmişdi.

Lakin ötən il də onun yaralandığı barədə xəbərlər doğrulmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG