Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:30

Məşhur aktrisa: “Daha ulduz-filan yoxdur”


Catherine Deneuve
Catherine Deneuve

-

“Daha ulduz-filan yoxdur”. Bunu məşhur fransız aktrisası Catherine Deneuve deyir:

“Sosial şəbəkələr insanların ulduzları xəyal etməsinə imkan vermir. Onların şəxsi həyatı ilə bağlı məlumatlar daim sosial şəbəkələrdədir. Hətta bəziləri şəxsi fotolarını özləri yayırlar. Bunu xoşagələn hal saymıram. Ulduz olmağa sirr və gizlilik xasdır. İndiki zəmanədə nəyisə sirr kimi saxlamaq çox çətindir”.

OxuZalı "Guardian"a istinadla xəbər verir ki, aktrisa bunları mayın 13-də başlanan Cannes festivalında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun hakim rolunda çəkildiyi "Başını dik tutuaraq" filmi festivalın açılış günündə göstərilib. Filmdə o, Melony adlı problemli yeniyetmənin işinə baxır.

Deneuve-ün sözlərinə görə,rola hazırlaşmaq üçün tribunal və məhkəmələrdə xeyli vaxt keçirməli olub. Hakimlərin yeniyetmələrin işinə necə baxmasını izləyib:

“Onlar doğrudan da bu uşaqları dinləyirlər. Bu proseslər mən düşündüyüm qədər qəddar deyil... O uşaqlar çox danışmırlar. Onlar özlərinə qapalıdırlar. Yaxşı bilirlər ki, uçurumun kənarındadırlar. Onlara kömək etmək istəyən çox adam var, amma bir nəfər hamını xilas edə bilməz”.

XS
SM
MD
LG