Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:32

Sahibkarların kütləvi həbsi barədə məlumatlar səngimir, rəsmilər susur...


Arxiv fotosu

Arxiv fotosu

.

Beynəlxalq Bankdan müxtəlif şirkətlər vasitəsi ilə götürülən və geri qaytarılmayan kreditlər ətrafında qalmaqallı xəbərlər səngimir.

Qeyri-rəsmi məlumatlara görə, nəinki tanınmış sahibkarlar, hətta fəhlə, xadiməçi kimi sadə peşə sahiblərinin adına rəsmiləşdirilmiş şirkətlərə milyonlarla dollarlıq kreditlər verilib.

Rəsmi açıqlamalar olmasa da millət vəkilləri bu haqda danışır. Onlar bildirirlər ki, hüquq-mühafizə orqanları Beynəlxalq Bankda qaytarılmayan kreditlər məsələsi araşdırır.

Vahid Əhmədov

Vahid Əhmədov

“DÖVLƏTİN ƏMLAKINI MƏNİMSƏYƏNLƏR CƏZASINI ALMALIDIR”
Deputat Vahid Əhmədovun fikrincə, həbslərin davamı olacaq. Çünki bankdan kredit götürüb, onu qaytarmayanların sayı xeyli çoxdur:

“Ümumilikdə bankın azı bir milyard dollardan çox kredit borcu vardı. Bankda yoxlamalar aparılıb və qananun pozuntuları aşkarlanıbsa, cavabdehlər cəzasını çəkməlidir. Tutduğu vəzifədən, mövqedən asılı olmayaraq, dövlətin əmlakını mənimsəyənlər məsuliyyətə cəlb olunmalıdır”.

Belə versiyalar var ki, söhbət bankdan azı 1 milyon dollarla məbləğində götürülən və qaytarılmayan onlarla kreditlərdən gedir.

İşdə adı keçənlər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilirlər. DİN hələki neçə nəfərin saxlanılması haqda hər hansı məlumat açıqlamır.

İŞADAMLARININ HƏSBİ AZƏRBAYCANIN İMİCİNƏ XƏLƏL GƏTİRƏ BİLƏR

Sabiq millət vəkili, işadamı Nazim Məmmədov Beynəlxalq Bank ətrafında baş verənlərin fonunda ölkədəki biznes mühitindən danışır:

“Mən təkcə sahibkarların dindirilməsi, saxlanması və həbsini düzgün saymıram. Bu işdə həm də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Milli Kömək Fondu, Mərkəzi Bank, Beynəlxalq Bankın idarə heyətinin üzləri də məsuliyyət daşıyır.

Ölkədə bir qrup adam bankdan aşağı faizlərlə kredit götürə bilibsə, buna kimlərsə göz yumub.

Yalnız işadamlarının həbsi ölkənin imicinə xələl gətirə bilər. Həm Azərbaycanın daxilində, həm də xaricindəki potensial investorların Azərbaycana maliyyə yatırmasına əngəl ola bilər.

Bu məsələ elə həllini tapmalıdır ki, ölkədə azad, rəbabətli, müstəqil biznes mühiti yaradılsın. “Baku Steel Copmany” kimi dəmir istehsal edən bir zovad bazarı inhisara almaq üçün bütün xırda müəssisələri zorla bağlatdırır. Bununla bağlı hüquq mühafizə orqanlarına edilən müraciətlər araşdırılmır və sanki hansısa bir əl onları müdaifə edir.

​Beynəlxalq bankda da bənzər durumdur. Öz ətraflarındakı şirkətlərə kreditlər verilir. Amma həmin kreditləri almaq həqiqətən biznesə başlamaq, biznesini inkişaf etdirmək istəyənlər üçün heç də əlçatımlı deyil”.

BANKIN ÖZƏLLƏŞDİRİLMƏSİ GÜNDƏMDƏ İDİ?
Azərbaycanda verilən kreditlərin 60 faizi Beynəlxalq Bankın payına düşür. Ümumilikdə, 7 milyradlıq kredit protfeli olan bankda 1 milyard dollarlıq kreditlərin geri qaytarılmadığı haqqında məlumatlar var.

Nazim Məmmədov

Nazim Məmmədov

Beynəlxalq Bankın səhmlərinin 51%-i Maliyyə Nazirliyinə məxsusdur. Nazim Məmmədov yada salır ki, Beynəlxalq Valyuta Fondunun tələbi ilə həmin bankın özəlləşdirilməsi gündəmdə idi. Çünki Azərbaycanda ümumi bank aktivlərinin azı 30 faizi Beynəlxalq Bank aiddir və bununla da inhisar mövqe tutumuş olurdu:

“Görünür, Beynəlxaql Bankın passivləri aktivlərini üstələyib. Rəhbərlik dəyişəndən sonra müəyyən yoxlamalar aparılıb və məlum olub ki, xeyli şübhəli kreditlər olub, onların da bəziləri geri qaytarılmayıb.

Bundan sonra araşdırmalara başlanılıb. Beynəlxaql Bankın vəsaitlərinin yarıdan çoxu dövlətə məxsusdur. Bu pulu alıb geri qaytarmayanlarsa, dolayısı ilə dövlət əmlakını mənimsəyiblər”.

Həbs olunanlara qarşı fırıldaqçılıq və ictimai əmlakı mənimsəmə ittihamı irəli sürülüb. Dindirmələrin davam etdiyi bildirilir.

Yeni xəbərlər gəldikcə, oxucularımızı məlumatlandırmaqda davam edəcəyik.

Şərhləri göstər

XS
SM
MD
LG