Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:27

“Nairit” kimya zavodunun keçmiş işçiləri mayın 14-də yenidən Yerevanda hökumət evinin qarşısında etiraz aksiyası keçirirlər.

Aksiyaçılar əməkhaqlarının ödənilməsini tələb edirlər və bu dəfə aksiya oturaq keçirilir.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, söhbət 5,7 milyard dramdan gedir və Energetika Nazirliyi ilin sonunadək işçilərə olan borcun ödəniləcəyini bildirib.

Aksiyaçılarsa bildirib ki, tələbləri yerinə yetirilməsə, etirazlar davam etdiriləcək.

Aksiyaçılar həmçinin digər vətəndaşları onlara qoşulmağa çağıran vərəqələr yayıblar.

Zavod rəhbərliyi bir ildən çoxdur ki, işçilərin maaşını ödəmir.

İşçilər bundan əvvəl eyni tələblə bir neçə dəfə etiraz aksiyası keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG