Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:50

Poroshenko Avropa liderləri ilə görüşüb


Petro Poroshenko və Francois Hollande

Petro Poroshenko və Francois Hollande

Fransa prezidenti Francua Hollande Ukraynanın şərqində atəşkəs rejiminin pozulmasının yolverilməz olduğunu bildirib.

O belə bir bəyanatla mayın 14-də Almaniyanın Aachen şəhərində Ukrayna prezidenti Petro Poroshenko ilə qısa görüşdən sonra çıxış edib.

Hollande qeyd edib ki, bu gün atəşkəsin pozulması hallarını müşahidə edirik, yeni zorakılıq riski var və biz bununla bağlı xəbərdarlıq etməliyik.

Poroshenko həmçinin Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker və Avropa Şurasının prezidentiDonald Tuskla görüşüb.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG