Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:20

İyunun 6-da Ukraynanın Dnepropetrovsk şəhərindən Bakıya yeni təyyarə reysi açılacaq.

APA-nın məlumatına görə, Dnepropetrovsk vilayətində yaşayan azərbaycanlıların çoxsaylı müraciətləri əsasında açılan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk reysini “Dniproavia” şirkəti həyata keçirəcək.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib ki, yay mövsümündə belə bir reysin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlı, xüsusilə də şərqi Ukraynada oxuyan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişini asanlaşdıracaq.

Uçuşlar iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07.30-da Dnepropetrovsk şəhərindən, saat 14.10-da isə Bakıdan həyata keçirəcək.

Şirkət tələbə uyğun olaraq iyuldan uçuşların sayını həftədə 2 dəfəyə qaldırmağı nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG