Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

Stoltenberg:"NATO Baltik regionunda hərbi iştirakını artırıb"


Jens Stoltenberg

Jens Stoltenberg

NATO Baltik regionunda hərbi iştirakını artırıb.

Bunu təşkilatın baş katibi Jens Stoltenberg mayın 14-də NATO ölkələri xarici işlər nazirlərinin Antaliyada keçirilən toplantısı çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, söhbət əsasən hava patrulu və hərbi-dəniz qqüvvələrinin iştirakından gedir.

Stoltenberg həmçinin təşkilatın Rusiyaya qarşı mövqeinin dəyişməz olduğunu bildirib.

"Bizim mövqeimiz dəyişməzdir. Rusiyanın Kırım və Ukraynanın şərqindəki hərəkətlərinə görə, Moskva ilə praktiki əməkdaşlıq dayandırılıb".

NATO ölkələri xarici işlər nazirlərinin Antaliyada keçirilən 2 günlük toplantısı bu gün sona yetir.

Görüşdə əsasən Ukrayna münaqişəsi, Suriya və Yaxın şərqdəki vəziyyət müzakirə olunub.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini bundan əvvəl bəyan edib ki,

NATO ilə Avropa Birliyi Rusiyanın kəskin siyasətindən gələn yeni təhlükələr və alyansın cənub sərhədlərindəki zorakılıqlara qarşı mübarizədə əməkdaşlıq etmək fikrindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG