Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Poroshenko ABŞ senatoru John McCaini özünə müşavir təyin edib


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko ABŞ senatoru John McCaini özünə müşavir təyin edib.

Bu barədə Ukrayna prezidentinin mayın 14-də verdiyi sətrəncamda bildirilir.

Prezident ümid edir ki,McCain bu təyinatı qəbul edəcək və İsveçin keçmiş baş naziri Carl Bildtlə birlikdə məsləhət şürasının üzvü olacaq.

Ukrayna hökuməti ölkədə islahatlar aparılması və beynəlxaq dəstək qazanmaq üçün Beynəlxalq Məsləhət Şurası yaradıb.

Şuraya keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili rəhbərlik edir.

Şuraya Avropa Parlamentinin üzvü Elmar Brok və iqtisadçı Anders Aslundun da daxil ediləcəyi gözlənilir.

ABŞ prezidentliyinə keçmiş namizəd McCain Twitterdə Poroshenkonun təyinatını özünə şərəf saydığını yazıb, amma qeyd edib ki, bunu ilk növbədə Senat təsdiqləməlidir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG