Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Rusiya rublu avro və dollara nisbətdə 1 rubldan da çox düşüb.

Buna səbəb Rusiya Mərkəzi Bankının ehtiyatları artırmaq üçün bazardan valyuta almağa başlaması barədə məlumat olub.

Məlumata görə Bank 2015-ci il mayın 13-dən gündəlik 100-200 milyon dollar alacağını bildirib.

Ekspertlərin sözlərinə görə, Mərkəzi Bank rublun gələcəkdə möhkəmlənməsini gözləmir.

Dünya bazarında neftin barelinin 50 dollara düşməsi və rublun ABŞ dollarına nisbətdə kəskin ucuzlaşdırılması büdcəyə böyük ziyan vurub.

Rusiyanın Mərkəzi Bankı bundan əvvəl qızıl-valyuta ehtiyatının kəskin azaldığını bildirib.

XS
SM
MD
LG