Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:27

Ukrayna prezidenti Petro Poroshenko ABŞ senatoru John McCaini özünə müşavir təyin edib.

Bu barədə Ukrayna prezidentinin mayın 14-də verdiyi sətrəncamda bildirilir.

Prezident ümid edir ki,McCain bu təyinatı qəbul edəcək və İsveçin keçmiş baş naziri Carl Bildtlə birlikdə məsləhət şürasının üzvü olacaq.

Ukrayna hökuməti ölkədə islahatlar aparılması və beynəlxaq dəstək qazanmaq üçün Beynəlxalq Məsləhət Şurası yaradıb.

Şuraya keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili rəhbərlik edir.

Şuraya Avropa Parlamentinin üzvü Elmar Brok və iqtisadçı Anders Aslund da daxil ediləcək.

ABŞ prezidentliyinə keçmiş namizəd McCain Twitterdə Poroshenkonun təyinatını özünə şərəf saydığını yazıb, amma qeyd edib ki, bunu ilk növbədə Senatd təsdiqləməlidir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG