Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:34

68-ci Kann festivalı açılıb


Festival sarayının fasadını builki festivalın ilham pərisi seçilən Ingrid Bergman-ın böyük portreti bəzəyib.
Festival sarayının fasadını builki festivalın ilham pərisi seçilən Ingrid Bergman-ın böyük portreti bəzəyib.

-

Mayın 13-də Fransanın məşhur Kann Film Festivalı 68-ci dəfə açılıb.

Dünya mediasının yazdığına görə, festivalın son 10 illik tarixində ilk dəfə bu möhtəşəm kino bayramını fransız rejissorun, həm də qadın rejissorun filmi açıb.

Bu, Emmanuelle Bercot-un «La Tete Haute»filmidir. Filmdə baş rolda Catherine Deneuve çəkilib.

Mayın 13-ü axşam festival iştirakçıları və qonaqlar (Cate Blanchett, Colin Farrell, Matthew McConaughey, Charlize Theron, Benicio Del Toro, Salma Hayek, Rachel Weisz, Michael Fassbender, Naomi Watts,Natalie Portman) qırmızı xalıdan keçərək Festival sarayına daxil olublar.

Festival sarayının fasadını builki festivalın ilham pərisi seçilən Ingrid Bergman-ın böyük portreti bəzəyib.

Builki kino bayramı başlanğıcda bir özəlliyi ilə də yadda qalıb. Festivalın prezidenti Gilles Jacob yerini Pierre Lescure-ə verib. Yeni prezident«Kanal+»un keçmiş başçısı və təsisçilərindən biridir.

Festivalda ümumilikdə 83 film iştirak edir.

Münsiflər heyyətində fransız aktyor Sophie Marceau, kanadalı kino işçisi Xavier Dolan, ingilis aktyor Sienna Miller, meksikalı rejissor Guillermo del Toro, ispan aktyoru Rossy de Palma, malili müğənniRokia Traore vəamerikalı aktyor Jake Gyllenhaalyer alır.

Jüriyətanınmış rejissor qardaşlar Joel ve Ethan Coen başçılıq edirlər.

«Qızl Palma» mükafatı uğrunda əsas mövzuda 19 film yarışacaq.

Festival mayın 28-də «Qızıl Palma»nın təqdimatı ilə sona çatacaq.

Kann festivalında Azərbaycan nümayəndə heyətidə iştirak edir. Heyətə Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov daxildir.

Milli pavilyonda Azərbaycan kinosu barədə bilgilər, ölkənin turizm imkanlarını əks etdirən, eləcə də, «Baku 2015» Avropa Oyunlarını təbliğ edən çap, reklam məhsulları nümayiş olunur.

Bu il «Azərbaycanfilm» kinostudiyası ilk dəfə Kann festivalının kino bazarına 6 ekran əsəri təqdim edib. Bunlar «Şəhər motivləri», «Qırmızı bağ», «Yarımçıq xatirələr», «İçəri Şəhər», «Axınla aşağı», «Qisas almadan ölmə. Keçmişdən məktublar» bədii filmləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG