Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi də həbs olundu


Rəşad Məmmədov

Rəşad Məmmədov

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Qərar mayın 14-də Səbayel Rayon Məhkəməsində çıxarılıb.

İşgəncələrə Qarşı Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, o hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Elçin Behbudov Rəşad Məmmədovun dövlət tərəfindən vəkillə təmin olunduğunu və hazırda istintaq aparıldığını deyir.

Qeyd edək ki, Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG