Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Talibanın mayın 14-nə keçən gecə Kabildəki Parc Palace hotelinə hücumu nəticəsidə azı 14 nəfər ölüb, bir neçə adam yaralanıb.

Bu barədə BMT-nin Əfqanıstandakı missiyası xəbər verir.

Bu hoteldə əsasən xaricilər qalır.

Hotelinin üzun mühasirəsindən sonra 54 nəfər xilas edilib.

Onlardan 45-i xaricidir.

Məlumata görə, onlar hotelə tədbir keçirməık üçün yığışıblarmış.

Atı çəkilməyən yerli rəsminin sözlərinə görə, ölənlərdən 5-i əfqan, 9-u isə xaricidir.

Onlardan 7-si kişi, 2-si qadındır.

Kabilin polis rəisi Abdul Rahman Rahim ölən xaricilərdən 1-nin amerikalı, 1-nin italiyan, 5-nin isə hindistanlı olduğunu deyir.

Həmçinin hücum edənlərdən 3-ü öldürülüb.

Polis rəisinin sözlərinə görə, onların üstündə partlayıcı kəmər olsa da qurğunu işə sala bilməyiblər.

Talibanın sözçüsü Zabiullah Mujahid cavabdehliyi öz üzərlərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG