Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:04

NATO və Avropa Birliyi yeni təhlükələr qarşı birgə mübarizə aparmaq istəyirlər


Federica Mogherini

Federica Mogherini

NATO və Avropa Birliyi Rusiyanın kəskin siyasətindən gələn yeni təhlükələr və alyansın cənub sərhədlərindəki zorakılıqlara qarşı mübarizədə əməkdaşlıq etmək fikrindədirlər.

Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini NATO ölkələri xarici işlər nazirlərinin Türkiyənin Antaliya şəhərində keçirilən toplantıda bəyan edib.

O qeyd edib ki, bu iki təşkilat mahiyyətcə bir-birindən fərqli olsa da eyni problemlərlə üzləşiblər.

Mogherini deyib ki, NATO ilə Avropa Birliyi Ukraynaya görə Rusiya ilə münasibətlərin gərginləşməsi və cənubdakı böhranı müzakirə edəcək, hansı ki, Avropa Birliyi buna görə, Şimali Afrikadan böyük qaçqın axını ilə üzləşib.

NATO-nun baş katibi Jens Stoltenberg də bundan əvvəl toplantıda alyansın şərq və cənubda artmaqda olan problemlərlə üzləşdiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG