Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

-

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən külli miqdarda kredit borcu olduğuna görə saxlanılmış işadamlarından 14 nəfəri azadlığa buraxılıb.

apa-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, buna səbəb həmin şəxslərin kredit borclarını tam ödəməsidir.

Bəzi işadamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək qaytarmayıblar. Buna görə də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb və bəzi işadamları cəlb ediliblər.

Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi «PNN Group» şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Böyük məbləğdə kredit borcu olan «Avesta» holdinqinin sahibi İbrahim Nehrəmli də istintaqa cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG