Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:07

Bakıda şokolad sərgisi açılır


Şokolad məmulatı
Şokolad məmulatı

-

Məşhur Nikolya Şokolad Muzeyi dünya turu çərçivəsində Bakıda sərgilənəcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, dünyanın 40-dan çox şəhərində qonaq olan Nikolya Şokolad Muzeyi mayın 15-də saat 18:00-də Bakı Muzey Mərkəzində açılacaq.

200 kv.m-lik sahəni əhatə edən sərgidə çəkisi 700 kq-dan çox olan 250 növ şokolad məmulatları, o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş rəsmlər, şokolad miniatür və kompozisiyalar təqdim olunacaq.

Sərgidə şokoladın tarixi haqda maraqlı faktlarla tanış olmaq imkanı olacaq.

«Şokolatye Nikolya» Bakıdakı sərgisi üçün şokoladdan məxsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş bir sıra sənət əsəri də hazırlayıb.

Çəkisi 70 kq-dan çox olan «Qız qalası» şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi,Dövlət Akademik Opera və Balet Teatrı, «Flame Towers» binalarını əks etdirən əsərlər, eləcə də, marzipan meyvə və güllər, şokolad manqalı və digər əsərlər sərgidə göstəriləcək.

Sərgidə müəllif çəkisi 200 kq-dan çox olan və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini də təqdim edəcək.

Sərgi zamanı xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları da satışa çıxarılacaq.

Öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçünmüəllif ustad dərsləri keçəcək.

Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın dequstasiyası təşkil olunacaq.

Biletlərin qiyməti (18 yaş) böyüklər üçün 7 AZN, məktəbyaşlı (6-18) uşaqlar üçün 3 AZN-dir.

6 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirimlər nəzərdə tutulub.

Nikolya Şokolad Muzeyinin sərgisini 5 il ərzində 500 mindən çox tamaşaçı ziyarət edib.

Bakı sərgisi iyunun 28-dək davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG