Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

Brundinin paytaxtı Bujumburada rəqib silahlı qüvvələr arasında toqquşmalar gedir.

Bundan bir gün əvvəl ölkədə hərbi çevriliş elan edilib.

Hazırda dövlət teleradio kompleksi ətrafında silahlı toqquşmalar gedir.

Prezidentin müttəfiqi və kəşfiyyat idarəsinin keçmiş rəisi General Qodfroyd Noyombare (Godefroid Niyombare) prezident Nkrunziza mayın 13-də Tanzaniyaya səfərə getdikdən sonra ölkədə hərbi çevriliş edib.

Bu milli televiziya və radio ilə bəyan edilib.

Çevrilişə səbəb Nkrunzizanın 3-cü müddətə prezidentlik uğrunda mübarizə aparmaq istəməsi olub.

Bundan əvvəl də prezidentin bu qərarına etiraz olaraq ölkədə etirazlar və toqquşmalar olub.

Hüquq müdafiəçiləri azı 12, hequq-mühavizə orqamları isə 6 nəfərin öldüyünü deyirlər.

Müxalifət və hüquq müdafiəçiləri bunun konstitusiyaya zidd olduğunu deyirlər.

Prezident isə deyir ki, birinci müddət seçilmir, çünki onu həmin vaxt xalq yox, parlament seçib.

Nkrunziza 2005-ci ildən hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG