Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:01

Facebook-da xəbər oxumaq asanlaşdı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bir çoxlarımız son xəbərləri, məqalələri daha çox sosial şəbəkələrdən izləyirik.

«Facebook» bu işi asanlaşdırmaq üçün «Instant Articles» mobil proqramını təqdim edib.

Bu barədə «Facebook newsroom»da məlumat verilir.

Məlumata əsasən, standart veb-məqalələr 8 saniyəyə yüklənirdisə, «Instant Articles»la on qat daha sürətli yüklənir.

Proqramın əsas üstünlüyü odur ki, istifadəçilər hər hansı xəbər və ya məqaləni oxumaq üçün «Facebook»dan ayrılmalı olmur, birbaşa mobil xəbər lentindən oxuya bilirlər.

«Instant Articles» həmçinin yayımçılara daha asan bir şəkildə məqalə yaratmaq, ona nəzarət etmək, pul qazanmaq imkanları verəcək.

XS
SM
MD
LG