Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:43

-

Mayın 14-də H. Əliyev Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb.

Səhər saat 04:30-da «Ukrayna Beynəlxalq Hava Yolları»nın təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Vaqif İsmayılovun üstündən «Makarov» tipli tapança aşkar ediblər.

Ondan tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronu götürülüb.

V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG