Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

-

18 may- «Beynəlxalq Muzeylər Günü» münasibətilə mayın 16-dan 18-dək ölkə muzeylərində və qoruqlarında «Açıq Qapı Günü» elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun sərəncamına əsasən, həmin ərəfədə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə layihəsi olan «Məktəblilər üçün muzey həftəsi - Muzeylər və Ekologiya» adlı proqram da təşkil edilib

Məktəblilər üçün həftəboyu Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Tahir Salahovun ev-muzeyi, Miniatür kitab Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə xüsusi maarifləndirici marşrut və turlar hazırlanıb.

Proqramın məqsədi ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə məktəblilərin tanış edilməsi, insanla ətraf mühit arasında tarixi münasibətlərin öyrədilməsidir.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 18 may 1977-ci ildən bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

Bu günün keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini muzeylərin vəziyyətinə, burada nümayiş etdirilən eksponat və tarixi nümunələrə cəlb etməkdir.

Bu bayram xalqlar arasında mədəni mübadiləyə, muzeylər arasında əməkdaşlığın inkişafına xidmət edir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) bu il «Muzeylər və cəmiyyətin davamlı inkişafı» mövzusunu seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG