Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

-

“The Washington Post”un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəməsi barədə yazdıqlarına reaksiyalar gəlməkdədir.

Qəzet əldə etdiyi gizli hesabata əsasən mayın 13-də yazıb ki, həmin konqresmenlər 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib və onlara bahalı hədiyyələr verilib.

Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan “Konqres etikası ofisi” hazırlayıb.

Hesabatda adları çəkilənlər ABŞ Nümayəndələr Palatasının üzvləri Jim Bridenstine, Yvette Clark, Danny Davis, Ruben Hinojosa, Sheila Jackson Lee, Leonard Lance, Michelle Lujan Grisham, Gregory Meeks, Ted Poe, və hazırda vəzifədə olmayan Steve Stockman-dır.

Hesabatda Poe-nun təhqiqatçılarla “tam əməkdaşlıq etmədiyi” bildirilir. Texasdan olan Respublikaçının sözçüsü Shaylyn Hynes AzadlıqRadiosuna deyib ki, qəzetin yazdıqlarının əksinə olaraq, Poe etika komissiyası ilə işləyib.

Demokrat Lujan Grisham-ın sözçüsünün AzadlıqRadiosuna dediyinə görə, “Konqres üzvü etika ofisinin qaydalarına ciddi yanaşır, ona görə də səfərə çıxmamışdan Etika Komitəsinin yazılı icazəsini alıb”.

Texasdan olan demokrat Hinojosa elektron məktubla bildirib ki, özünün və həyat yoldaşının Azərbaycana səyahəti üçün yazılı icazə alıb və “inanıb ki, Bakıya səfərin məqsədi Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin gücləndirməkdir”.

“Qəbul etdiyim suvenirlərin qiymətinin az olduğunu düşünürdüm. Səfərdən bir il sonra öyrəndim ki, bu səfərin maliyyə mənbəyi araşdırılır. İşçilərim və mən təhqiqatla tam əməkdaşlıq etmişik,” Hinojosa yazıb.

Oklahomadan olan respublikaçı Bridenstine AzadlıqRadiosuna elektron məktubunda yazıb ki, Post-un yazdığı kimi 2500 və 3500 dollar dəyəri olan xalçaları qaytarıb. Nümayəndələr Palatasının üzvü qiyməti 350 dollardan olan hədiyyə qəbul edə bilməz.

“Mənə 87 dollar dəyəri olan çini çay servizi də verilmişdi, bir kitab və 4 yerli milli musiqi CD-ləri də hədiyyələr içində idi,” Bridenstine deyib.

Konqresmen Bakıdakı konfransın ona “regiondakı geosiyasi durumu anlamaqda kömək etdiyini” söyləyib. “Azərbaycan Rusiyanın ərzi ambisiyalarını azaltmaq üçün nadir mövqedə yerləşir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG