Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

-

Mayın 14-də Bibiheybət məscidinin yanından “Bayraq meydanı”na qədər olan yolda “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin məlumatına görə, işarələnmə işləri saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

Bu müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən başlayıb. Artıq Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Ələt-Astara magistralının “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinə qədər olan hissəsində “Oyunlar zolağı” çəkilib.

Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Oyunlar zolağı”na nəzarət edir. Kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG