Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

SOCAR həmin konfransa sponsorluq etməsinin sirr olmadığını bildirib, qeyri-kommersiya təşkilatlarını isə bu maliyyələşmə barədə məlumat verməməkdə günahlandırıb

-

“The Washington Post”un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəməsi barədə yazdıqlarına reaksiyalar gəlməkdədir.

Qəzet əldə etdiyi gizli hesabata əsasən mayın 13-də yazıb ki, həmin konqresmenlər 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib və “konqresmenlər və onlarla birlikdə səfərdə iştirak edənlərə yüz minlərlə dollar səfər xərcləri, ipək şərflər, xrustal çay dəsti və dəyəri 2 500-dən 10 000 dollara qədər olan Azərbaycan xalçaları verilib. Səfərdə konqresmenlərin bəzilərinin xanımları da iştirak ediblər. Səyahət sənədlərinə görə, onların təyyarə biletlərinə 112 899 ABŞ dolları ödənib.”

Qəzetin yazdığına görə, SOCAR səfərin 750 000 dollarlıq xərclərini ABŞ-da yerləşən qeyri-hökumət qurumlarından biri vasitəsilə ödəyib ki, gerçək maliyyələşmə mənbəyini gizlətsin.

AzadlıqRadiosu xəbər verir ki, SOCAR həmin konfransa sponsorluq etməsinin sirr olmadığını bildirib, qeyri-kommersiya təşkilatlarını isə bu maliyyələşmə barədə məlumat verməməkdə günahlandırıb:

“SOCAR bu məsələdə heç vaxt təhqiqat obyekti olmayıb, çünki SOCAR-ın konfransa maliyyə dəstəyini açıqlamaq məsuliyyəti səfər sponsorlarının üzərinə düşür,” şirkət mayın 13-də yaydığı bəyanatda bildirib.

Bəyanatda vurğulanır ki, “səyahətin sponsorlarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmamsı bizə aydın deyil”.

“SOCAR məsələnin həlli üçün məmnuniyyətlə əməkdaşlığa və gələcəkdə də siyasətçilərin bu kritik regionla bağlı məsələlərin müzakirəsi üçün tədbirlərdə iştirakına sponsorluğa hazırdır”.

Şirkət bildirir ki, “heç vaxt” “konfransa aidiyyatımızı iştirakçılardan gizlətməmişik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG