Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Malayziya 500-dən çox miqrant olan gəmini geri qaytarıb


Malayziyada xilas edilmiş miqrantlar

Malayziyada xilas edilmiş miqrantlar

-

Malayziya hökumət rəsmisi deyir ki, 500 müsəlman və banqladeşlinin olduğu gəmini yanacaq və zəruri əşyalarla təmin edəndən sonra geri qaytarıb.

Gəmi mayın 13-də cənubdakı Penanq ştatının sahilində aşkarlanıb. Bir neçə gün öncə isə mindən çox qaçqın yaxınlıqdakı Lanqkavi adasına yerləşib.

Daxili işlər naziri Wan Junaidi Jaafar mayın 14-də deyib ki, Malayziya sahillərinə yaxınlaşan mühacirləri qəbul edə bilməz. Onun sözlərinə görə, hökumət mühacirlərlə insani davranıb, “indi isə onların burada arzulanmadığını göstərmək zamanıdır”.

Malayziyadan bir neçə gün əvvəl İndoneziya bir miqrant qayığını sahillərindən uzaqlaşdırıb, qayığın yolunu azdığını, Malayziyaya istiqamətləndiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG