Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:55

Keçmiş ABŞ prezidentinin qardaşı, respublikaçı Jeb Bush “özü də istəmədən” 2016-cı il seçkisində namizəd olmaq niyyətini “ağzından qaçırıb”.

Keçmiş ABŞ prezidentinin qardaşı, respublikaçı Jeb Bush “özü də istəmədən” 2016-cı il seçkisində namizəd olmaq niyyətini “ağzından qaçırıb”.

Keçmiş Florida qubernatoru Nevadada etdiyi çıxışında deyib: “Mən 2016-cı il seçkisində namizəd olacağam və başlıca diqqətim davamlı iqtisdadi artıma necə nail olmaq üzərinə yönələcək”.

Sonradan vəziyyəti düzəltməyə çalışan Jeb Bush jurnalistlərə “yox, yox…mən rəsmi namizəd deyiləm, son üç ayda ölkəni gəzib qərara gəlmək istəyirəm” deyib.

O deyib ki, malik olduğu mümkün dəstəyi yoxlamaq istəyir.

Məsələ burasındadır ki, rəsmən namizəd olmaqla, “elə belə vəziyyətə baxmaq” arasında ciddi qanun məhdudiyyəti var. Rəsmi namizədin fondtoplama funksiyası onun müəyyən maliyyə prosedurlarından keçməsini tələb edir.

Bush bu həftə Fox News-a müsahibəsində İraq müharibəsi barədə suala verdiyi cavaba görə bəzi respublikaçılar və demokratlar tərəfindən tənqid olunub.

“İraq məsələsində qardaşından fərqli addım atardımı” sualının cavabında Jeb Bush deyib ki, ona da belə kəşfiyyat materialları versəydilər, eyni hərəkəti edərdi.

Bu, başqa sözlərlə İraq müharibəsinin yanlış kəşfiyyata əsaslandığı barədə iddiaları təsdiq etmiş olub.

Hələ Florida qubernatoru olduğu vaxtlarda Madridə səfər edən Bush “İspaniya Respublikasına səfərindən” razı qaldığını bildirmişdi.

İspaniya əslində monarxiyadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG