Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Çexiya İranın “potensial nüvə avadanlığı” sövdələşməsini dayandırıb

Çexiya Respublikası bu il İrana göndərilmək “həssas texnologiyanın” alqı-satqısınının qarşısını alıb.

Bu texnologiyadan nüvə istehsalında istifadənin mümkün olduğu xəbər verilir.

BMT rəsmiləri bildiriblər ki, şübhəni yükə məxsus sənədlər oyadıb.

Reuters agentliyi bildirir ki, xəbər Tehranın Qərblə nüvə danışıqlarında nə dərəcədə səmimi olması barədə şübhələr yarada bilər.

ABŞ mənbələri bildiriblər ki, bu ilin yanvarında İran Çexiyada yerləşən Howden CKD Compressors Amerika şirkətindən kompressorları almağa cəhd göstərib. Bu kompressorlardan nüvə və qeyri-nüvə məqsədləri üçün istifadə etmək mümkündür.

Çexiya rəsmiləri bu sövdələşmənin qarşısını ala biliblər.

BMT bildirir ki, “mal”ın sənədlərində saxtakarlıq aşkar olunub.

Rəsmi Praqa bildirib ki, 61 milyon dollar dəyərində olan kompressorlardan guya İranda qazın bir reledən başqasına ötürülməsi üçün istifadə olunacaqmış.

Beynəlxalq ekspertlər deyirlər ki, belə kompressorlardan zənginləşdirilmiş uranın birbaşa kaskadlardan çıxarılması üçün də istifadə oluna bilər.

Onlar qeyd edirlər ki, bu kompressorlardan xüsusilə yüksək zənginlikli uranın çıxarılması üçün istifadə edilir.Çexiya İranın “potensial nüvə avadanlığı” sövdələşməsini dayandırıb

Çexiya Respublikası bu il İrana göndərilmək “həssas texnologiyanın” alqı-satqısınının qarşısını alıb.

Bu texnologiyadan nüvə istehsalında istifadənin mümkün olduğu xəbər verilir.

BMT rəsmiləri bildiriblər ki, şübhəni yükə məxsus sənədlər oyadıb.

Reuters agentliyi bildirir ki, xəbər Tehranın Qərblə nüvə danışıqlarında nə dərəcədə səmimi olması barədə şübhələr yarada bilər.

ABŞ mənbələri bildiriblər ki, bu ilin yanvarında İran Çexiyada yerləşən Howden CKD Compressors Amerika şirkətindən kompressorları almağa cəhd göstərib. Bu kompressorlardan nüvə və qeyri-nüvə məqsədləri üçün istifadə etmək mümkündür.

Çexiya rəsmiləri bu sövdələşmənin qarşısını ala biliblər.

BMT bildirir ki, “mal”ın sənədlərində saxtakarlıq aşkar olunub.

Rəsmi Praqa bildirib ki, 61 milyon dollar dəyərində olan kompressorlardan guya İranda qazın bir reledən başqasına ötürülməsi üçün istifadə olunacaqmış.

Beynəlxalq ekspertlər deyirlər ki, belə kompressorlardan zənginləşdirilmiş uranın birbaşa kaskadlardan çıxarılması üçün də istifadə oluna bilər.

Onlar qeyd edirlər ki, bu kompressorlardan xüsusilə yüksək zənginlikli uranın çıxarılması üçün istifadə edilir.

XS
SM
MD
LG