Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

İqtisadi İnkişaf Nazirliyi sement bazarının monitorinqini davam etdirir


«Garadagh Cement» Səhmdar Cəmiyyəti İqtisadi İnkişaf Nazirliyinin tövsiyələrindən sonra sement kisələrinin üzərinə qiymətlərin vurulmasına başlayıb. Bu da qiymətlərin azalmasına və sabitləşməsinə səbəb olur.


İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov jurnalistlərə belə deyib. Onun sözlərinə görə, nazirliyin Antiinhisar Siyasəti Departamenti qiymətlərin artımının real səbəblərinin araşdırılması, burada inhisar və sui-istifadə faktorlarının müəyyənləşdirilməsi məqsədilə sement bazarının monitorinqini davam etdirir. Son zamanlar sement bazarında kəskin qıtlıqla əlaqədar sementin bir kisəsinin qiyməti təxminən 80 faiz artaraq 8-10 yeni manata çatmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG