Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası yaxın 2 il ərzində Avropa üzrə 20 min qaçqın qəbul etməyitəklif edib.

Amma Böyük Britaniya, İrlandiya və Danimarkaya qaçqın qəbul etməmək üstünlüyü verilir.

İtaliya və digər Avropa ölkələri Şimali Afrika ölkələrindən olan miqrant axını ilə bağlı Avropa Birliyindən kömək istəyib.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Twitterdə yazır ki, heç bir ölkə bu məsələnin həlində kənarda qala bilməz.

Ölkələrin böyüklüyü, iqtisadi gücü və digər sahələrə görə əsaslanan kvota sisteminə görə ən çox Almaniya, sonra isə Fransa və İtaliya qaçqın qəbul edəcək.

Amma Böyük Britaniya bundan imtina edir.

Avropa Birliyinin Lissabon müqaviləsinə görə, Böyük Britaniya, Danimarka və İrlandiyaya sığınacaq verilməsi, immiqrasiya, viza və sərhədlərə nəzarətlə bağlı üstünlüklər verilir.

Avropa Komissiyasının təklifinə ayın sonunda baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG