Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:11

ABŞ prezidenti Barack Obamanın şəxsi kitabxanası Çikaqo universitetinin ərazisində yaradılacaq.

Bu barədə prezidentin özü, mayın 12-də yayılan video müraciətində bildirib.

Obama ömrünün çoxunu bu rayonda keçirib.

Obamanın sözlərinə görə, o Çiqaqonu ona görə seçib ki, bu yerlə onu çox şey bağlayır və ictimai fəaliyyətinə məhz ordan başlayıb. Prezident ümid edir ki, kitabxananın yaradılması, rayonun inkişafı və dünyanın marağına səbəb olacaq.

Kitabxanaya Çikaqo universiteti ilə yanaşı, Obamanın hüquq fakultəsində oxuduğu Nyu-Yorkun Kolumbiya və prezidentin doğma ştatındakı Harvard universitetləri də iddialı idilər.

Prezident kitablarının yaradılması ideyası keçmiş prezident Franklin Rooseveltdən gəlir. O hələ prezident olarkən bütün arxivlərini hökumətə verəcəyini bəyan etdi və kitabxananın tikintisi üçün öz torpağını ayırdı.

Prezident kitabxanaları şəxsi iyanlər hesabına tikilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG