Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

Mayın 13-ü, gecə saatlarında Ukraynanın Odessa şəhəri ətrafında dəmiryol xəttində partlayış baş verib və nəticədə qatarların hərəkəti bir neçə saat pozulub.

Ukraynanın Daxili İşlər Nazirliyi itki olmadığını və hərəkətin səhər saatlarında bərpa olunduğunu xəbər verir.

Rəsmilər bunu təxribat adlandırıb.

Yerli məmurların sözlərinə görə, həmçinin mayın 12-də maşınqayırma zavoduna gedən qaz kəmərininin yaxınlığında partlayıcı qurğu aşkar edilib və zərərsizləşdirilib.

1 milyon əhalisi olan Odessa şəhəri Kiyevin 450 kilometrliyində yerləşir.

Şəhər münaqişə zonasından uzaqda olsa da vaxtaşırı bu cür partlayış və təxribatlar törədilir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Kiyev və Qərb Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır. Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG