Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Arif Hacılıya Prezident Administrasiyasından dəvət gəlib


Arif Hacılı
Arif Hacılı

-

Müsavat Partiyası başqanı Arif Hacılı Prezident Administrasiyasının mayın 15-ə planlaşdırdığı siyasi partiya nümayəndələri ilə görüşünə dəvət alıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Arif Hacılının dediyinə görə, mayın 13-də administrasiyadan zəng vuraraq onu görüşə dəvət ediblər:

«Bu görüşün iqtidar-müxalifət dialoqu kimi dəyərləndirilməsi düzgün deyil. Çünki bizdə olan məlumata görə, bu görüşə qeydiyyatdan keçmiş bütün siyasi partiyaların nümayəndələri dəvət olunub. Tədbirdə müzakirə olunacaq məsələləri administrasiyanın müvafiq şöbəsi müəyyənləşdirir. Belə bir tədbiri dialoq kimi dəyərləndirmək düzgün deyil. Mən hakimiyyət dairələrinin siyasi partiyalarla təmas cəhdlərini müsbət dəyərləndirirəm. Bu tədbirlərin səmərəli olması üçün ortada nəticə olmalıdır. İlk növbədə siyasi məhbusların azadlığa buraxılması, demokratik islahatların həyata keçirilməsi istiqamətində müzakirələrin keçirilməsi cəmiyyətin maraqlarını əks etdirmiş olardı. Partiyada bu dəvətlə bağlı müzakirələr aparılacaq və yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək».

Ötən ilin dekabrında da bir qrup siyasi partiya nümayəndəsi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş keçirmişdi. Həmin görüşdə Müsavat və AXCP iştirak etməmişdi.

XS
SM
MD
LG