Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Azərbaycan kitabı Monteneqroda «Ən gözəl tərtibatlı nəşr» sayıldı


Podqoritsa kitab sərgisi

Podqoritsa kitab sərgisi

-

«Azərbaycan xalçaları - İrəvan qrupu» kitabı Monteneqroda keçirilən 10-cu Beynəlxalq Podqoritsa kitab sərgisində «Ən gözəl tərtibatlı nəşr» mükafatına layiq görülüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu sərgidə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi təmsil olunub.

Sərgidə nümayəndəlik və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzi tərəfindən ölkənin tarixi, mədəniyyəti, turizm imkanları və iqtisadiyyatı, Ermənistan-Azərbaycan münaqişəsi barədə rus, ingilis, serb və Monteneqro dillərində kitablar nümayiş olunub.

Xəbərdə deyilir ki, «Görkəmli şəxsiyyətlərin həyatı» silsiləsindən Heydər Əliyevə həsr olunan kitab, Elçin Əfəndiyevin «Ölüm hökmü» əsəri, uşaqlar üçün Azərbaycan şairlərinin şeirlər toplusu, Üzeyir Hacıbəylinin bioqrafiyası, Azərbaycan-serb lüğəti və digər nəşrlər sərgidə maraqla qarşılanıb.

Sərgidə dünyanın müxtəlif ölkələri təmsil olunub, 30 mindən artıq ziyarətçi qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG