Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

NATO rəhbəri bildirib ki, Rusiya ordusu Ukraynanın şərqindən çıxmalıdır


Jens Stoltenberg

Jens Stoltenberg

ABŞ Dövlət katibi John Kerry bir daha Rusiyanın Ukraynanın şərinqdəki atəşkəs rejiminə əməl etməsinin vacibliyini bildirib.

O belə bir bəyanatla mayın 13-də NATO ölkələri xarici işlər nazirlərinin Antaliyada keçirilən toplantısında çıxış edib.

Onun sözlərinə görə, vəziyyət kritikdir və Rusiya ilə separatçılar Minsk razılaşmasını yerinə yetirməlidir.

NATO-nun baş katibi Yens Stoltenberg isə öz növbəsində bildirib ki, Rusiya separatçılara dəstəyi dayandırmalı, ordusu və ağır silahlarını Ukraynanın şərqindən çıxarmalıdır.

NATO ölkələrinin Antaliyada keçirilən 2 günlük toplantısında Ukrayna münaqişəsi, Suriya və İraq da daxil olmaqla Yaxın Şərqdəki vəziyyət müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG