Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Kerry: «Rusiyaya qarşı sanksiyalar aradan qaldırıla bilər»


John Kerry və Vladimir Putin

John Kerry və Vladimir Putin

-

ABŞ dövlət katibi John Kerry Ukraynada bütün münaqişə tərəflərini atəşkəsin pozulmasının qarşısına almağa çağırıb.

O, belə bir bəyanatla mayın 12-də Soçidə rusiyalı həmkarı Sergei Lavrov-la keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Kerry qeyd edib ki, Minsk razılaşmasına tam əməl edilsə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ləğvinə başlayacaq.

Kerry bir daha bildirib ki, ABŞ Minsk razılaşmasının tam yerinə yetirilməsini təkid edir.

Kerry Minsk razılaşmasının Ukraynada sülhə aparan ən yaxşı yol olduğunu bildirib və qeyd edib ki, bu nə qədər tez yerinə yetirilsə, bir o qədər yaxşıdır.

Kerry-nin dediyinə görə, ABŞ-la Rusiya bir çox məsələlərdə bir-biri ilə razılaşır, amma hələ də müxtəlif detallar ətrafında fikir ayrılıqları mövcuddur.

O, həmçinin, Rusiyanı ukraynalı pilot Nadia Savchenko da daxil olmaqla, siyasi məhbusları azad etməyə çağırıb.

FİKİR AYRILIQLARI QALIR

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da Ukrayna münaqişəsi ilə bağlı hələ də tərəflər arasında müəyyən fikir ayrılıqları olduğunu deyib. Amma qeyd edib ki, «biz bu problemin sülh yolu, Minsk razılaşması çərçivəsində yerinə yetirilməsində tam birik».

Lavrov qeyd edib ki, Rusiya-ABŞ münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığı uzun müddətə korlaya biləcək addımlardan mütləq qaçmaq lazımdır. «Bu gün çoxlu aktual məsələlərin həlli bizim beynəlxalq arenadakı konkret birgə səylərimizdən aşlıdır», - deyə o bildirib.

Lavrov, həmçinin, Ukraynanın şərqində atəşkəs rejiminin hələ də pozulduğunu vurğulayıb və qeyd edib ki, ABŞ-la Rusiya Minsk razılaşmasının tam yerinə yetirilməsi üçün nüfuzlarından istifadə etmək razılığına gəliblər.

John Kerry mayın 12-də Soçidə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergei Lavrov-la görüşüb.

Görüşdə Ukrayna münaqişəsi, Suriya müharibəsi və Yaxın Şərqdəki münaqişələr müzakirə olunub.

Rusiya prezidentinin müşaviri Yuri Ushakov bildirib ki, Moskva Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasını istəyir.

John Kerry NATO ölkələri xarici işlər nazirlərinin toplantısına qoşulmaq üçün Soçidən Türkiyəyə yollanıb.

Şərhləri göstər

XS
SM
MD
LG