Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:35

Beynəlxalq QHT-lər «Azərbaycanda dönüş nöqtəsi»ndən danışır


Polis müxalifət tərəfdarını saxlayır - 12 oktyabr 2013.
Polis müxalifət tərəfdarını saxlayır - 12 oktyabr 2013.

-

«Son illər Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə təzyiqləri gücləndirib, tənqidi səsləri susdurub, yerli və beynəlxalq hüquqa hörmət qoymayıb. Bu təzyiqlər prezident İlham Əliyevin ölkənin xarici müşahidəçilərə təqdim etdiyi, müasir və çiçəklənən Avropa dövləti imicinə tərs mütənasibdir». «Freedom Now» və İnsan Haqları Evi Şəbəkəsi (Human Rights House Network) qeyri-hökumət təşkilatlarının birgə hesabatında belə deyilir. Hesabat belə adlanır: «Azərbaycanda dönüş nöqtəsi: Xaricdə təbliğat və lətafət, daxildə repressiya və həbslər».

«Aydındır ki, Azərbaycan dönüş nöqtəsinə çatıb», - «Freedom Now» təşkilatının icraçı direktoru Maran Turner deyir. «2009-cu ildən bəri Azərbaycan ölkə beynəlxalq öhdəliklərinə zidd gedərək ifadə, toplaşma və birləşmə azadlıqlarını məhdudlaşdıran qanunvericilik qəbul edib. Bu qanunlar beynəlxalq ictimaiyyət və vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirmək fikri olmayan rejimin iç üzünü açır».

Hesabatda Azərbaycan hakimiyyətinin insan haqları fəallarını susdurmaq üçün yararlandığı strategiyadan da bəhs olunur. Bu strategiya 3 kateqoriyaya bölünür: siyasi motivli ittihamlar (nifrət oyatma, iğtişaş yaratma, vətənə xəyanət); qurama ittihamlar (narkotik və silah saxlama, xuliqanlıq); təşkilata yönəlik ittihamlar (qanunsuz biznes fəaliyyəti, vergidən yayınma, səlahiyyətdən sui-istifadə).

«Azərbaycan hakimiyyəti bütün aparıcı vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz buraxmalıdır», - bunu isə İnsan Haqları Evi Fondundan Florian Irminger deyir. «Hakimiyyət eyni zamanda bütün saxlanma hallarını dərhal, hərtərəfli və qərəzsiz araşdırmalıdır».

Hesabatda beynəlxalq ictimaiyyətə bir sıra tövsiyələr də irəli sürülür. Hesabat müəlliflərinin fikrincə, bütün siyasi liderlər və qurumlar aparıcı vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılması üçün açıq və qapalı görüşlərdə çağırışlar etməlidirlər. Həmçinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səlahiyyətinin dondurulması təklif olunur. Səbəb kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra edilməməsi göstərilir. İnsan haqları fəallarının həbsi zamanı qanun pozuntuları üçün məsuliyyət daşıyanlara sanksiyaların tətbiqi təklif olunur.

Donetskdə dağıdılmış ev - 2014
Donetskdə dağıdılmış ev - 2014

UKRAYNAYA RƏĞBƏT DEYİL, NAĞD PUL LAZIMDIR

Mark Adomanis «Moscow Times»da yazır ki, ABŞ-ın vitse-prezidenti Joe Biden-in bu yaxınlarda Ukrayna donor konfransına videomüraciəti Qərbin sözüylə əməli arasında nəhəng bir əlaqəsizliyi yaxşıca nümayiş etdirdi.

Biden deyib ki, Ukrayna Donbasda «humanitar fəlakət» yaşayır, 2 milyondan çox dinc sakin münaqişə nəticəsində didərgin düşüb. Biden məsuliyyəti birbaşa Rusiya hökuməti üzərinə qoyub, Rusiyanın təcavüzünü pisləyib və deyib ki, Minsk atəşkəs sazişi yerinə yetirilməyənədək ABŞ və AB-nin iqtisadi sanksiyaları qüvvədə qalmalıdır.

Müəllif yazır ki, Biden, prezident Barack Obama, ABŞ dövlət katibi John Kerry Ukraynanın siyasi qərarlar vermək hüququnu davamlı şəkildə müdafiə ediblər. «Ancaq, necə deyərlər, danışmaq ucuz başa gəlir. Ritorik olaraq Ukraynanın suverenliyini təsdiqləmək asan və ucuzdur. Həmin suverenliyi müdafiə etmək üçün praktik addımlar atmaq isə çətin və bahalıdır».

Biden çıxışında Birləşmiş Ştatların Ukraynanın şərqində qaçqınlara əlavə olaraq 18 milyon dollar ayrılacağını fəxrlə vurğulayıb. Ümumilikdə isə indiyədək 43 milyon dollarlıq humanitar maliyyə ayrılıb. Müəllif ötən il ABŞ hökumətinin hər qaçqına $21.50 ayırdığını hesablayır. «Ukraynanın üzləşdiyi nəhəng (və pisləşməkdə olan) humanitar böhranla müqayisədə Amerikanın humanitar yardımı qəddar zarafata bənzəyir».

AB isə münaqişə başlanandan Ukraynaya 139 milyon avroluq yardım göstərib. «İndiyədək Qərb fəlakətin qarşısını almaq üçün Ukraynaya pul göndərib, ancaq durumun düzəlməsi üçün yetərli məbləğ ortaya qoyulmayıb».

Tacikistanlı miqrant evə yola düşür - 2011
Tacikistanlı miqrant evə yola düşür - 2011

TACİKİSTANIN RUSİYA XÜLYASI

«Foreign Affairs» Joe Schottenfeld-in «Düşənbədən məktub»unu dərc edib. Müəllif yazır ki, 1997-ci ildə Tacikistanda vətəndaş müharibəsi bitəndən bəri bu ölkədən Rusiyaya gedən miqrantlar çoxalıb. Hazırda onların sayının bir milyondan çox, Tacikistanın işlək kişi qüvvəsinin 50 faizini təşkil etdiyi bildirilir. Onlar Rusiyada balıqçılıq, ticarət, tikintidə çalışırlar. Tacikistan dünyada pul göndərişlərindən ən çox asılı olan ölkədir. İqtisadiyyatının 47.5 faizi bu köçürmələrdən asılıdır. 1999-2013-cü illərdə bu pul ölkədə yoxsulluq səviyyəsini 96-dan 36 faizə salıb.

İndi isə miqrasiya azalmağa başlayıb. Bunun iki səbəbi var: Rusiyada iqtisadi sabitsizlik qorxusu və neftin qiymətinin düşməsi; Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsi.

Müəllif yazır ki, indi Rusiyada rusiyalı fəhlələr üçün daha az iş yeri var, rubl ucuzlaşdığından maaşların dəyəri azalıb. Üstəlik, 400 min tacikin Rusiyaya qayıtması 10 illiyə qadağan olunub. Səbəb onların yol verdiyi hüquqi pozuntular, vizadan artıq qalmasıdır.

«Bu cərəyanın Tacikistan üçün ağır nəticələri ola bilər. Ən aydın olanı onsuz da keçmiş sovet respublikaları içində ən yoxsul ölkədə iqtisadiyyatın zəifləməsidir. Milli valyuta- somoni də getdikcə ucuzlaşır».

«Hökumət Rusiyanın miqrasiya dairələrindən xahiş edib ki, giriş qadağalarına amnistiya versin. Tacikistan Avrasiya İqtisadi Birliyinə də qoşula bilər və bununla tacik miqrantlar viza ödənişləri və məhdudiyyətlərindən azad olar», - müəllif yazır.

XS
SM
MD
LG