Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:11

-

Böyük Britaniyada Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin «Anamın nağılları» («My Mother’s Tales», London, «Rossendale books», 2015) kitabı nəşr olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, nəfis tərtibatla çap olunan kitab müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabıdır.

Kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa İbrahimova çeviriblər.

Əsərin ingiliscə mətni Betty Blair (ABŞ) və Michael Brunnock (İngiltərə) tərəfindən redaktə olunub.

Kitaba Bakı Dövlət Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova ön söz yazıblar.

«Anamın nağılları» Əzizə xanıma vaxtilə anasının söylədiyi, birbaşa yaddaşdan yazıya köçürülən, kökləri xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən ibarətdir.

İlk dəfə 1982-ci ildə Bakıda nəşr olunan kitab «Anamın masalları» adıyla Türkiyədə də işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG