Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

Natiq Əliyev: «Trans-Xəzər kəmərini kimin tikəcəyi sual altındadır»


Natiq Əliyev
Natiq Əliyev

-

«Türkmənistan Trans-Xəzər qaz boru kəmərinin tikintisi və öz qazını Avropaya nəql etməkdə maraqlıdır».

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev «Caspian Energy Club»un təşkilatçılığı ilə keçirilən biznes-forumda deyib.

Məlumatı apa yayıb.

Onun bildirdiyinə görə, bu günlərdə Türkmənistanda Avropa İttifaqının təşəbbüsü ilə energetika nazirlərinin dördtərəfli görüşü təşkil olunub.

«Bu görüşdən əvvəl təşkil olunan üçtərəfli görüşümüz bir nəticə verməyib. Keçən dəfə Brüsseldə təşkil olunmuş görüşdə Türkmənistan iştirak etməmişdi. Bu da tərəflər arasında soyuqluq yaratmışdı. Lakin bu dəfə baş tutan görüş Türkmənistanın fəallığı ilə baş tutub. Türkmənistan tərəfinin Xəzər və Trans-Xəzər layihələrində iştirakda maraqlı olduqlarını xüsusilə qeyd edib. Türkmənistan öz qazını Avropaya çatdırılmasında olduqca maraqlıdır. Amma bununla da bağlı bəzi məsələlər var ki, hələlik öz həllini tapmayıb», - nazir qeyd edib.

Natiq Əliyev onu da deyib ki, Trans-Xəzər boru kəmərini kimin tikəcəyi sual altındadır:

«Türkmənistan tərəfi Avropaya 30 milyard kubmetr qaz satmağa hazır olduğunu bəyan edir. Amma bu, yalnız fikir olaraq qalır. Çünki Trans-Xəzər boru kəməri hələlik yoxdur. Trans-Xəzər boru kəmərinin kimin tərəfindən tikiləcəyi və alıcısı da məlum deyil».

XS
SM
MD
LG