Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:23

-

ABŞ Dövlət katibi John Kerry mayın 13-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin toplantısına qatılıb. Bir gün öncə Kerry Rusiya prezidenti Vladimir Putin-lə danışıqlar aparıb.

NATO-nun toplantısında Ukrayna münaqişəsi, Yaxın Şərqdə sabitsizlik müzakirə olunacaq.

Açılış nitqində Kerry deyib ki, Ukraynadakı separatçıların Minsk atəşkəs sazişinə əməl etməsinin vaxtı çatıb.

Mayın 12-də Soçi görüşündə də Kerry Putin-lə Ukraynadan danışıb, atəşkəs sazişinə əməl etmək üçün “kritik məqam”ın çatdığını bildirib.

Kerry-nin Ukrayna xarici işlər naziri Pavlo Klimkin və Türkiyənin baş naziri Ahmet Davutoglu ilə görüşləri gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG