Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:22

-

Rəsmilərin məlumatına görə, Pakistanın cənubunda Karaçi şəhərində avtobusa atəş açılıb, azı 41 şiə müsəlman həlak olub, onlarla yaralı var.

Televiziya kanalları güllədən deşik-deşik olmuş avtobusun fotolarını yayıb. Polis rəsmisi Najib Khan yerli televiziyaya deyib ki, 41 nəfər ölüb.

Silahlılar avtobusu saxlayıb və ona bayırdan atış açıb. Daha sonra onlar avtobusa girib və atəşi davam etdirib.

Son illər Pakistanda məzhəb zorakılığı artıb, ölkənin 200 milyonluq əhalisinin 20 faizini təşkil edən şiələr daha çox hücumlara məruz qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG