Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:43

-

Aprel ayında Bakının təkrar mənzil bazarında tələbat düşüb. "MBA Group" konsaltinq şirkətinin hesabatında belə deyilir.

Trend-in hesabata istinadən yazdığına görə, təkrar mənzil bazarında təkliflərin sayı 1726 olub. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,7 faiz, 2015-ci ilin mart ayına olan göstəricidən isə 1,47 faiz azdır.

Apreldə ən çox təklif Bakının Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb. Bu rayonların payına ümumi təklifin 66,8 faizi düşüb.

Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti mart ayı ilə müqayisədə 6,12 faiz azalaraq 1770 manat, xarici valyuta ilə qiyməti isə ay ərzində 5,96 faiz azalaraq 1689 dollar təşkil edib. Müqayisə üçün deyək ki, Bakıda 2015-ci ilin mart ayında təkrar mənzilin bir kvadratmetrinin qiyməti 1886 manat (1 796 dollar) olub.

Hesabatda qeyd olunur ki, martda təkrar mənzil bazarında qiymətlər 14 faiz artdığı halda, apreldə 6,12 faiz aşağı düşüb. Bu, fevralda baş verən devalvasiya ilə əlaqədardır. Bir çoxları əmanətlərini daşınmaz əmlaka yatırıblar ki, bu da bazarda qiymət artımına səbəb olub.

Apreldə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb ki, bu da apreldə qiymətlərin düşməsinə səbəb olub. İkinci səbəb odur ki, paytaxtdakı mənzillərin qiyməti öz pik həddinə çatıb, indi isə tədricən düşməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG