Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

-

“İkili standartlar nəticəsində BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmir”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir Türkiyənin Antalya şəhərində keçirilən NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilir ki, Elmar Məmmədyarov çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barədə danışıb.

Dağlıq Qarabağ probleminə də toxunan nazir bildirib ki, ikili standartlara əsaslanan yanaşma nəticəsində BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin tələbləri hələ də icra edilməyib.

Görüşdə Elmar Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geostrateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG