Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

«Biz Azərbaycanla sıx münasibətlərin qurulmasına maraqlıyıq»


İlham Əliyev və Xoze Manuel Barosso, Brüssel, 7 noyabr 2006

İlham Əliyev və Xoze Manuel Barosso, Brüssel, 7 noyabr 2006

Avropa Komissiyasının prezidenti Xoze Manuel Barossonun sözlərinə görə, «enerji memorandumun icrası Azərbaycanın Avropa Birliyinin enerji bazarına daha yaxşı inteqrasiyasına imkan verəcək və Avropa Birliyinin enerji təhlükəsizliyini gücləndirəcək».



Eyni zamanda o, qeyd edib ki, enerji və iqtisadi əməkdaşlıq mühümdür, lakin Birliyin Azərbaycanla münasibətlərində yeganə amil deyil: «Avropanın qonşuluq siyasəti daha genişdir və biz ümumi dəyərlərə söykənərək, demokratiyanın genişləndirilməsi, yaxşı idarəçilik, fundamental azadlıqların və insan haqlarının qorunmasına böyük önəm veriləcək. Mən bu məsələləri, əsasən də, mətbuat azadlığına olan məhdudiyyətlərə dair bəzi xəbərləri prezidentlər ətraflı müzakirə etdim».


Cənab Barosso bir daha vurğulayıb ki, Avropa Birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. O, Birliyin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dəstək verdiyini qeyd edib.


İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa Birliyi arasındakı münasibətlərin yeni erası başlanır: «Siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq davam edəcək. Biz eyni dəyərləri bölüşürük və Avropa Birliyi ilə münasibətlərimiz bizim üçün prioritet məsələdir».


İlham Əliyev bildirib ki, «Azərbaycan qanunun aliliyinə və güclü iqtisadiyyata əsaslanan demokratik cəmiyyət qurur».


Avropa Birliyinin Xarici Siyasət idarəsinin başçısı Xaviyer Solana Azərbaycanın mühüm regionda yerləşən mühüm ölkə olduğunu deyib. Prezident İlham Əliyevlə görüşdən sonra Solana bu açıqlamanı verib: «Azərbaycan mühüm regionda yerləşən mühüm ölkədir və biz bu ölkə ilə dərin münasibətlərin qurulmasını istəyirik».


Günün bütün mövzuları

XS
SM
MD
LG