Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

BMT-nin Təhlükəsizlik Şurası Yəmən sülh danışıqlarına çağırır


Yəmən, arxiv fotosu

Yəmən, arxiv fotosu

-

Mayın 12-də BMT-nin Təhlükəsizlik Şurası baş katib Ban Ki-moon-u çağırıb ki, Yəmən üzrə sülh danışıqları keçirsin. Şura bütün tərəfləri 5 günlük humanitar atəşkəsə əməl etməyə çağırıb.

Şuranın yaydığı bəyanatda deyilir ki, BMT-nin keçirəcəyi danışıqlara bütün tərəflər qatılmalı və yəmənlilərin rəhbərliyi ilə keçirilməlidir. Mayın 12-də BMT-nin Yəmən üzrə yeni elçisi Ismail Ould Cheikh Ahmed ölkəyə ilk səfərini edib.

Danışıqlar üçün yer və vaxt təyin olunmasa da, Şura mayın 17-də Riyadda keçirilməsi planlaşdırılan konfransı alqışlayıb.

Bu arada Yəməndə atəşkəs elan olunsa da, cənubdakı Dhale şəhərində quru döyüşləri gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG