Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

Yəməndə atəşkəsdən sonra da quru döyüşləri baş verir


Yəmən yaxınlığı, 11 may, 2015-ci il

Yəmən yaxınlığı, 11 may, 2015-ci il

-

Yəməndə mayın 12-də gecə saat 11-də beş günlük humanitar atəşkəs elan olunmasına baxmayaraq, bəzi yerlərdə quru döyüşlərinin davam etməsi barədə məlumatlar var.

Atəşkəsdən yarım saat sonra yaraqlılar cənubdakı Dhale şəhərinə hücuma cəhd ediblər, tank mərmisi, raketlər atıblar. Təhlükəsizlik rəsmiləri və şahidlər ağır döyüşün baş verdiyini bildirir.

Rəsmilər yaraqlıları və onların müttəfiqlərini mövqelərini möhkəmləndirməkdə ittiham edib.

Səudiyyə koalisiyasının hava zərbələri barədə heç bir məlumat yoxdur və paytaxt Sanaada sakitlik hökm sürüb.

Hökumətyönlü qüvvələr husi yaraqlılarının ələ keçirdiyi əraziləri geri almağa çalışır. 5 günlük atəşkəsdə məqsəd vacib humanitar ehtiyacların ödənməsi üçün təchizatın çatdırılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG