Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:19

“Index on Censorship” və bir sıra başqa insan haqları təşkilatları Avropa Oyunları ərəfəsində Britaniya Olimpiya Assosiasiyasının sədri lord Sebastian Coe-ya məktub yazıblar.

“Index on Censorship” və bir sıra başqa insan haqları təşkilatları Avropa Oyunları ərəfəsində Britaniya Olimpiya Assosiasiyasının sədri lord Sebastian Coe-ya diqqəti Azərbaycanda baş verən ifadə azadlığı pozuntularına və insan haqları fəallarının təqibinə çəkən birğə məktub yazıblar.

“İdman İnsan Haqları üçün” (Sport for Rights) koalisiyasının imzası ilə gönədirlmiş məktubda Azərbaycanda insan haqları üzərinə “misilsiz və artan hücumdan”, tanınmış jurnalist və siyasilərin həbsindən bəhs edilir.

Məktubda deyilir ki, 2014-cü ilin avqustundan Azərbaycan hakimiyyəti hökuməti tənqid edən onlarca insanı məhbus edib, vətəndaş cəmiyyəti təşkilatlarını bağlayıb və bu hərəkətləri davam etdirməkdədir.

“Biz bu narahatlıqları sizə, Britaniya Olimpiya Assosiasiyasının sədrinə ona görə ünvanlayırıq ki, siz kömək etmək iqtidarındasınız. Ölkə daxilindəki repressiyalarına baxmayaraq Azərbaycan hökuməti özünün beynəlxalq reputasiyasının qayğısına qalır və müsbət imicinin xaricdə təbliğ olunması üçün böyük məbləğlərdə pul xərcləyir. Biz inanırıq ki, Avropa Oyunlarının ərəfəsində bu hücumların sizin təşkilatınız kimi qurumlar tərəfindən pislənməsi bu həlledici vaxtda demoktaik dəyişikliyə nəzərəçarpacaq kömək edə bilər” – deyilir məktubda.

Məktubda İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberg-in “Aftonbladet” qəzetinə müsahibəsində Azərbaycanda repressiyalar məsələsinə toxunması örnək kimi göstərilir.

Həmin müsahibədə Lindeberg demişdi: “İdman və dövlət idarəçiliyini bir-birindən ayrı tutmaq çətindir, lakin bizim üçün özək idmandır. Biz Azərbaycanı dəstəkləmirik. Bu, standartlara uyğun olmayan rejimdir. Lakin biz idmanın belə bir fundamental ideyasının arxasında dururuq ki, qapıları bağlamaqdansa, onları açıq saxlamaq yaxşıdır”.

“Biz sizi İsveç Olimpiya Komitəsindən nümunə götürməyə və Olimpiya Xartiyasının azadlıq və insan ləyaqəti prinsipinin ruhuna uyğun bir şəkildə insan haqlarına qarşı hücumu pisləməyə, Azərbaycandakı siyasi məhbusların azad edilməsini tələb etməyə çağrırıq” – deyilir məktubda.

Günün bütün mövzuları

XS
SM
MD
LG