Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Nemtsovun hesabatı: Rusiya Ukraynada 220 əsgər itirib

Rusiyanın müxalifət fəalı Boris Nemtsovun yenicə dərc olunmuş hesabatında deyilir ki, Rusiya Ukraynanın şərqindəki separatçı münaqişənin iki əsas döyüşündə 220 əsgər itirib.

Rusiya Ukraynadakı münaqişəyə canlı qüvvə göndərməsi barədə Qərbin iddialarını qətiyyətlə rədd edir.

Sənəddə bu da qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı ilhaq etməsi Moskvaya milyardlarla dollara başa gəlib.

“Açıq Rusiya” internet saytında dərc olunmuş "Putin. Müharibə" adlı hesabata görə Donetsk rayonundakı kiçik İlovaysk şəhəri uğrunda döyüşdə Rusiyanın 150 əsgəri həlak olub.

Hesabatda qeyd olunur ki, ən yaxın vaxtlarda, Debaltsevoda gedən döyüşlərdə 70 Rusiya hərbçisi öldürülüb.

Bu məlumatlardan bir çoxu ötən bir il ərzində Rusiyada və xarici mediada yer alıb, lakin hesabatı dərc edənlər bildirirlər ki, faktlar bir kitab halında daha sanballı təsir bağışlaylır.

Nemtsovun tərəfdarları onun məhz bu hesabata görə qətlə yetirildiyinə inanırlar.

Onlar hesabatın böyük tirajla daha çox insanlar arasında yayılmasına çalışacaqlarını bildirirlər.

Bu hesabat üzərində işləyənlərdən biri – iqtisadçı Sergei Aleksashenko təxmin edir ki, Rusiya indiyədək Ukraynanın şərqindəki qiyama 1 milyard dollar xərcləyib.

Hesabatda deyilir ki, İlovaysk döyüşündə həlak olmuş 150 Rusiya əsgərinin hər birinin ailəsinə 40 min dollar kompensasiya ödənib. Lakin Debaltsevoda həlak olanlar üçün belə kompensasiyalar ödənməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG